BÜDCƏ

Palata sədri: "Bəzi şirkətlər dövlət büdcəsinə dividendlər ödəmir"
07 NOYABR
259

Palata sədri: "Bəzi şirkətlər dövlət büdcəsinə dividendlər ödəmir"

2017-11-07 17:52:00

Hesablama Palatasına daxil olan məlumatlara əsasən nizamnamə fondunda (kapitalında) dövlətin payı olan 2 mindən artıq kommersiya hüquqi şəxslər mövcuddur.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, bu şirkətlərin 01.01.2017-ci il tarixə kifayət qədər böyük nizamnamə fondu (kapitalı) olduğu, həmin şirkətlərə dövlət büdcəsindən (əsasən investisiya xərclərindən və ehtiyat fondlarından) və eyni zamanda dövlət zəmanətli kreditlərdən böyük məbləğlərdə vəsaitlər ayrıldığı halda, dövlət büdcəsinə dividendlər hesablanmır və ödənilmir:

"Bu məsələnin də diqqətdə saxlanmasını hesab edirik çox vacibdir".  

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287