BÜDCƏ

Nazir: "Publik hüquqi şəxslərə büdcədən 111 mln. manat ayrılacaq"
07 NOYABR
162

Nazir: "Publik hüquqi şəxslərə büdcədən 111 mln. manat ayrılacaq"

2017-11-07 14:59:00

2018-ci ilin dövlət büdcəsindən publik hüquqi şəxslərin fəaliyyəti üçün ayrılacaq maliyyə vəsaitinin məbləği məlum olub.

Fins.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi üçün dövlət dəstəyi olaraq 111 mln. manat maliyyə yardımı ayrılacaq.
Nazir əlavə edib ki, dövlət tərəfindən maliyyə yardımı, ianə və dotasiyalar şəklində bələdiyyələrə, qeyri-dövlət təşkilatlarına, dini qurum və icmalara, siyasi partiyalar və kütləvi informasiya vasitələrinin inkişafı, Gənclər Fondu, Bilik Fondu, Elmin İnkişaf Fonduna müvafiq məbləğlərdə vəsait nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291