BÜDCƏ

"Azərkosmos"un əldə edəcəyi gəlir borcunun bağlanmasına kifayət etmir
06 NOYABR
204

"Azərkosmos"un əldə edəcəyi gəlir borcunun bağlanmasına kifayət etmir

2017-11-06 14:56:00

2018-ci ilin dövlət büdcəsinin layihəsində əvvəlki illərdən fərqli olaraq "Azərkosmos" ASC-yə "Rabitə" köməkçi bölməsində 55 mln. manat vəsait proqnozlaşdırılıb.

Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Sənəddə qeyd edilib ki, "Azərkosmos" ASC-dən alınan məlumata görə, "Azərspace" və "Azərsky" peyk layihələrinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınmış xarici kredit borclarının ümumi məbləği (faizlərlə birlikdə) 102 mln. 910,8 min manat təşkil edir.

ASC-nin 2018-ci ildə əldə edəcəyi gəlirlərinin borcun bağlanmasına kifayət etməməsi səbəbindən növbəti ilin dövlət büdcəsində bu məqsədlə vəsait nəzərdə tutulub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291