BÜDCƏ

Azərbaycanda büdcə kəsiri aşağı düşəcək
02 NOYABR
111

Azərbaycanda büdcə kəsiri aşağı düşəcək

2017-11-02 11:08:00
2018-ci  il üçün büdcə kəsirinin yuxarı həddi açıqlanıb. Fins.az xəbər verir ki, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində büdcə kəsirinin yuxarı həddi 778,7 mln. manat məbləğində müəyyən edilib. Bu 2016-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 533,1 milyon manat və ya 3,2 dəfə çox, 2017-ci ilin dövlət büdcəsinin gözlənilən kəsirindən 298,2 milyon manat və ya 27,7% azdır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2016-cı ildə 2,9% proqnozlaşdırılmış, ilin sonuna 0,4% təşkil etmişdir. Bu göstərici 2017-ci ildə 1,7%, 2018-ci ildə isə 1,1% təşkil edəcəyi nəzərdə tutulub.
Məlumata görə, nöbəti ilin büdcə kəsirinin maliyyələşdirilməsinin özəlləşdirilmədən, digər mənbələrdən daxilolmalar cəmi 749,7 mln. manat və Avropa Birliyinin qrantından daxilolmalar 29,0 mln manat hesabına həyata keçiriləcəyi proqnozlaşdırılır. Digər mənbələrdən daxilolmalar daxili və xarici borclanma, 2018-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığıdır.
 
Müəllif: Rahim Tarıverdiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287