BÜDCƏ

Deputat: “Bakı-Tbilisi-Qars dəmir yolu ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək”
27 OKTYABR
203

Deputat: “Bakı-Tbilisi-Qars dəmir yolu ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək”

2017-10-27 20:13:00

“Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək”.

Fins.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

O xatırladıb ki, Avrasiya məkanında dünyanın 2 iqtisadi güc mərkəzi yerləşir: “Qərbdə Avropa Birliyi, şərqdə isə Çin. Bu iki nəhəng iqtisadi mərkəz arasında olan ticarət əlaqləri, yük daşımaları hər il genişlənir. Hazırda Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 mlrd dolları keçir. İki güc mərkəzi arasında yük daşımalarının həcmi illik 100 milyon tonu keçir. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir. Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu ilə daşınır. Şimal dəmir yolu marşurutu, əsasən, siyasi cəhətdən Avopa Birliyi ölkələri ilə sabit münasibətəri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşurutu ilə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir.

Məhz bu konteksdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranmışdır. Məhz 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalandı. Qeyd etmək lazımdır ki, o zamanlar digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onlarn havadarları bütün güclərini sərf etmişdilər. Bu layihə, Qars-Gümrü-Tbilisi layihəsi idi. Ancaq Azərbaycan dövlətini gücü, Azərbaycan Prezidentinin nüfüzu və Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi potensialı bu layihənin mübarizədə qalib gəlməsinə səbəb oldu”.

Deputat qeyd edib ki, bir neçə gündən sonra istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolun ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir: “Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var. BTQ layihəsi qərd istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Qeyd etmək lazımdı ki, hazırda Qazaxstan Respublikası Aktau limanın yük aşırma gücünü ildə 19.5 milyon tona qədər çatdırmışdır. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanın da ilkin mərhələdə yükaşırma gücü 10 milyon ton ətrafındadır. HazırdaTürkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4.2 mlrd dollardır. İlkin hesablamalara görə BTQ dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 mlrd dollara çatacaqdır. Layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin transitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq.

T.Mirkişili vurğulayıb ki, Azərbaycanın iştirakçısı olduğu digər mühüm bir beynəlxalq dəmir yolu layihəsinin bu yaxınlarda işə düşməsi planlaşdırılır: “Bu Şimal-Cənub beynəlxalq dəmit yolu layihəsidir ki, bu layihənin də Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası Azərbaycan üçün əlavə böyük iqtisadi fayda yaradacaq”.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291