BÜDCƏ

Azərbaycan gələn il iqtisadi islahatlara 700 mln. manat ayıracaq
23 OKTYABR
98

Azərbaycan gələn il iqtisadi islahatlara 700 mln. manat ayıracaq

2017-10-23 11:05:00

Azərbaycanın 2018-ci il dövlət büdcəsində iqtisadi sahələrdə islahatların aparılması ilə bağlı xərclər üçün 701 mln. manat nəzərdə tutulub.

Fins.az bu barədə 2018-ci il dövlət və icmal büdcə layihələrinin təqdimatına istinadən xəbər verir.

Layihədə bildirilir ki, 2018-ci ildə büdcə-vergi siyasətinin əsas prioritet istiqaməti qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmların qeyri-neft ÜDM-də və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olacaq. 

"Bununla yanaşı, səmərəli vergi sisteminin təşviqi, kiçik və orta sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, azad rəqabət mühitinin inkişafı, istehsal və investisiyaların təşviqi istiqamətində işlərin davam etdirilməsi, daxili bazarın qorunmasını təmin edən çevik gömrük-vergi siyasətinin təkmilləşdirilməsi, gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsinin növbəti illərdə də davam etdirilməsi əsas vəzifələrdəndir", - deyə sənəddə qeyd olunub.

Həmçinin, layihəyədə qeyd olunur ki, bələdiyyələrə maliyyə köməkliyinin davam etdirilməsi üçün 2018-ci ilin dövlət büdcəsindən 5,2 mln. manat vəsaitin ayrılacağı gözlənilir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285