BÜDCƏ

Dövlət büdcəsindən 457,4 milyon manat vəsait ayrılıb
20 OKTYABR
203

Dövlət büdcəsindən 457,4 milyon manat vəsait ayrılıb

2017-10-20 16:39:00

Mənzil və kommunal təsərrüfatı xərcləri üçün gələn ilin dövlət büdcəsindən 457,4 milyon manat vəsait ayrılıb. Bu, 2017-ci illə müqayisədə 153,2 milyon manat və ya 50,4 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Həmin vəsaitin 133,8 milyon manatı və ya 29,3 faizi rayon və şəhərlərdə mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsinə, kommunal və abadlıq işlərinin həyata keçirilməsinə yönəldiləcək.

Mənzil və kommunal təsərrüfatı xərcləri üzrə ayrılmış vəsaitin, əsasən kommunal, kommunikasiya xidmətləri, yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidən qurulması, abadlaşdırılması, yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu işlərinin yerinə yetirilməsi ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285