BÜDCƏ

Neft Fondunun aktivləri nəyin hesabına artıb? – 4 ƏSAS SƏBƏB
20 OKTYABR
468

Neft Fondunun aktivləri nəyin hesabına artıb? – 4 ƏSAS SƏBƏB

2017-10-20 14:58:00

Neft Fondu aktivlərinin həcmini açıqlayıb. Məlum olur ki, oktyabrın 1-i tarixinə aktivlərin həcmi 36 milyard dolları keçib. Yola saldığımız 9 ay ərzində Fondun aktivləri $2,9 milyard və ya 8,7% artıb. İqtisadçı-ekspert Samir Əliyev Fins.az-a bildirib ki, artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır.

Artımın 44%-i Avropa valyutasının payına düşüb. Belə ki, yanvar-sentyabr ayları ərzində avronun dollar qarşısında 12% bahalaşması Fonda dollar ifadəsində əlavə $1,3 milyard qazanc gətirib. İngilis funtunun artıma töhfəsi 8% olub. Funtun ABŞ valyutasına nəzərən 8,6% bahalaşması nəticəsində aktivlərimizi $232,4 milyon həcmində artırıb.

Ekspertin sözlərinə görə, qızılın bahalaşması da aktivləri artırıb. 9 ay ərzində qızıl 12% bahalaşıb və yekun olaraq $133,3 milyon gəlir gətirib.

Artımın təxminən 57%-i bu 3 mənbənin payına düşüb.

O bildirib ki, aktivlərin strukturunda diqqəti cəlb edən digər məsələ Fondun istiqrazlar və pul bazarları alətləri üzrə portfelinin 3,6%-nin qeyri-investisiya reytinqinə (buna "zibil" reytinqi də deyilir) düşməsidir. Digər məsələ isə Fondun istiqrazları və pul vəsaitləri orta və uzun müddətə yerləşdirməsidir ki, bu da gəlirliliyin artımına hesablanmış addım kimi qiymətləndirilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287