BÜDCƏ

Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 3% artıb
20 OKTYABR
382

Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 3% artıb

2017-10-20 11:21:00

Azərbaycanın valyuta ehtiyatları 2017-ci il oktyabrın 1-nə 41 187,5 mln. ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bunun 87,45%-i və yaxud 36,02 mlrd. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,55%-i və yaxud 5 167,5 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 1 432,5 mln. dollar və yaxud 3,6% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 1 229,1 mln. dollar və yaxud 3,53%, AMB-nin valyuta ehtiyatlarında isə 203,4 mln. dollar və yaxud 4,1% olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 1 232,7 mln. dollar və yaxud 3,09% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 197,9 mln. dollar və yaxud 0,55% artıb, AMB-nin valyuta ehtiyatları isə 1 034,8 mln. dollar və yaxud 25,04% artıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285