BÜDCƏ

Neft Fondu 3-cü rübdə Mərkəzi Banka transfert etməyib
20 OKTYABR
176

Neft Fondu 3-cü rübdə Mərkəzi Banka transfert etməyib

2017-10-20 10:46:00

2017-ci ilin 9 ayı ərzində Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Dövlət Neft Fondu 2 milyard 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilmişdir.

Dövlət Neft Fondu 2017-ci ilin yanvar-iyun aylarının (6 ay) yekunları üzrə də makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 milyard 448,3 milyon manatın Azərbaycan Mərkəzi Bankına transfert edildiyini açıqlamışdı. Beləliklə, Fond 3-cü rübdə Mərkəzi Banka transfert etməyib.

2017-ci ildə Neft Fondu “Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə”  Mərkəzi Banka 7,5 milyard manat (təxminən 4,2 milyard dollar)  transfert etməsi nəzərdə tutulur. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287