BÜDCƏ

Azərbaycan gələn il 2,2 mlrd. manata yaxın xarici borc qaytaracaq
20 OKTYABR
146

Azərbaycan gələn il 2,2 mlrd. manata yaxın xarici borc qaytaracaq

2017-10-20 10:32:00

Gələn il Azərbaycanın dövlət borcları üzrə ödəniş 2 262 277 523 manat təşkil edəcək.

Fins.az “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən verdiyi xəbərə görə, bu ödənişin 103 180 383 manatı daxili borclara (o cümlədən, 80 173 398 manatı faizlərə, 23 006 985 manatı əsas borclara) görə həyata keçiriləcək.

Xarici borclara görə ödəniş isə 2 159 597 140 manat (o cümlədən, 533 591 421 manat faizlər, 1 626 005 719 manat əsas borclar) həcmində nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 700 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 mlrd. manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 4 mlrd. manat həcmində müəyyən edilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285