BÜDCƏ

Gələn ilin dövlət büdcəsinin layihəsi parlamentə daxil olub
19 OKTYABR
146

Gələn ilin dövlət büdcəsinin layihəsi parlamentə daxil olub

2017-10-19 12:05:00

2018-ci ilin dövlət büdcəsinə dair qanun layihəsi artıq parlamentə daxil olub.

Bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında komitə sədri Ziyad Səmədzadə  məlumat verib.

"Artıq büdcə zərfi parlamentdədir. Sənəd 1-2 günə bütün millət vəkillərinə, o cümlədən, komitəmizin üzvlərinə paylanılacaq. Mən xüsusilə komitəmizin üzvlərini büdcə ilə bağlı təşkil olunacaq müzakirələrdə fəal olmağa səsləyirəm. Çox güman ki, bu ayın sonu, gələn ayın ilk günlərində digər komitələrlə birgə komitəmiz büdcə müzakirələrinə başlayacaq", - deyə Z. Səmədzadə əlavə edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285