BÜDCƏ

Hesablama Palatasında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiqlənib
13 OKTYABR
218

Hesablama Palatasında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiqlənib

2017-10-13 18:18:00

Hesablama Palatasının növbəti kollegiya iclasında Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi vəziyyətinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və Dövlət İnvestisiya Proqramının təhlilinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Palatanın mətbuat xidmətindən bildiriblər ki, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiqlənib.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296