BÜDCƏ

Bu il Azərbaycanda olacaq inflyasiyanın həcmi açıqlanıb
10 OKTYABR
464

Bu il Azərbaycanda olacaq inflyasiyanın həcmi açıqlanıb

2017-10-10 19:24:00

Bu il Azərbaycan iqtisadiyyatında 1%-lik geriləmənin olacağı gözlənilir. Fins.az Reporta-a istinadən xəbər verir ki, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı “World Economic Outlook, October 2017” hesabatında qeyd edilib.

Hesabata görə, bu rəqəm ötən il -3,1% olub, 2018-ci ildə isə 1,3%-lik iqtisadi artım gözlənilir. 

IMF analitikləri hesab edirlər ki, bu il Azərbaycanda 12%-lik inflyasiya qeydə alınacaq. Halbuki, bu rəqəm ötən il faktiki 12,4% olub. Gələn il isə birrəqəmli inflyasiyanın (8%) olacağı proqnozlaşdırılır.

IMF Azərbaycanda işsizlik səviyyəsinin 2017-ci ildə dəyişməyəcəyini və ötən il olduğu kimi 6% civarında qalacağını ehtimal edir. Hesabata görə, bu rəqəm gələn il də dəyişməyəcək.

Hesabatda Azərbaycanın cari əməliyyatlar balansının ÜDM-ə nisbəti 1,9% (profisit) olacağını, ötən il isə -3,6% (kəsir) olduğu qeyd edilir. Gələn il də bu rəqəmin 2,5% (profisit) olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297