BÜDCƏ

DGK sentyabrda büdcəyə 174 mln. manat köçürüb
06 OKTYABR
155

DGK sentyabrda büdcəyə 174 mln. manat köçürüb

2017-10-06 17:44:00

Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 173 mln. 653,49 min manat təşkil edib.

Fins.az xəbər verir ki, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə daxilolmalar 70 mln. 26,83 min manat və ya 67,58% artıb, cari ilin avqust ayı ilə müqayisədə isə 106 mln. 474,91 min manat və ya 38,01% azalıb.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 65 mln. 310,3 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 mln. 150,90 min manat, aksizlər üzrə 8 mln. 556,9 min manat, yol vergisi üzrə isə 4 mln. 110,3 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296