BÜDCƏ

“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə imzalanmış yeni sazişin mahiyyəti barədə məruzələr dinlənilib
25 SENTYABR
199

“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə imzalanmış yeni sazişin mahiyyəti barədə məruzələr dinlənilib

2017-09-25 12:17:00

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İqtisadi maarifləndirmə” proqramı çərçivəsində Quba, Xaçmaz və Şamaxı rayonlarında mühazirələr təşkil edib.

Fins.az xəbər verir ki, Heydər Əliyev Mərkəzlərində keçirilən mühazirələr Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin mahiyyətinin əhaliyə çatdırılması məqsədi ilə təşkil olunub.

Xaçmazda Azərbaycan Dövlət İqtisad Universitetinin nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri, professor Ümüdvar Əliyev, Qubada həmin universitetin iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov, Şamaxıda isə İqtisadi və Sosial İnkişaf Mərkəzinin idarə heyətinin sədri, fəlsəfə doktoru, iqtisadçı ekspert Vüqar Bayramov “Heydər Əliyevin müəllifi olduğu enerji siyasəti uğurla davam etdirilir” mövzusunda mühazirələr söyləyiblər.

Qeyd olunub ki, Sazişə uyğun olaraq ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Bildirilib ki, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək, eyni zamanda, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bununla da Azərbaycanın gələcək inkişafı, maliyyə imkanları genişlənəcək, iqtisadi qüdrəti daha da artacaq. Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var.

Mühazirələr iştirakçıların marağına səbəb olub.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297