BÜDCƏ

Komitə sədri: "Azərbaycanın maliyyə sıxıntıları ilə üzləşməsi barədə yayılan xəbərlər əsassızdır"
22 SENTYABR
389

Komitə sədri: "Azərbaycanın maliyyə sıxıntıları ilə üzləşməsi barədə yayılan xəbərlər əsassızdır"

2017-09-22 18:04:00

"Hazırda Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir və buna görə narahat olmağa dəyməz". Fins.az APA-ya istinadən xəbər verir ki, bunu Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Bakıda Avronest Parlament Assambleyası çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi" konfransda bildirib.

O qeyd edib ki, Azərbaycanın maliyyə sıxıntıları ilə üzləşməsi barədə yayılan xəbərlər əsassızdır: "Azərbaycan artıq borcalan ölkədən borcverən ölkəyə çevrilib. Bu, çox ciddi amildir. "Əsrin müqaviləsi" kimi tanınan layihənin müddəti bu günlərdə 2050-ci ilədək uzadıldı. Bu, Azərbaycana xeyli gəlir gətirəcək".

Komitə sədri onu da deyib ki, bu gün dövlət büdcəsindən səhiyyə sahəsinə məqsədli proqramlar üzrə vəsaitlər ayrılır: "Dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin 45-47 faizi məqsədli proqramlar üzrədir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297