BÜDCƏ

Azərbaycan büdcəsində kəsir artıb
15 SENTYABR
223

Azərbaycan büdcəsində kəsir artıb

2017-09-15 16:53:00

Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 milyard 788,8 milyon manat, xərcləri 11 milyard 327,5 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatdan məlum olur.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri  30,3%, büdcə xərcləri isə 21,2% artıb. Büdcənin icrasında 538,7 milyon manatlıq və yaxud ümumi daxili məhsulun 1,2%-i qədər kəsir yaranıb. 

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 34,3% artaraq 9 milyard 410,1 milyon manata, xərcləri isə 19,2% artaraq 9 milayrd 765,6 milyonmanata çatmışdı. Büdcənin icrasında yaranmış 355,5 milyon  manatlıq kəsir ümumi daxili məhsulun 0,9%-ni təşkil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296