BÜDCƏ

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 8 dəfə artıb
13 SENTYABR
131

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 8 dəfə artıb

2017-09-13 09:51:00

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Fins.az xəbər verir ki, Gömrük orqanlarında 2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 12 523.79 mln. dollar, ixracın dəyəri 7 223.01 mln. dollar, idxalın dəyəri isə 5 300.78 mln.dollar təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 9.24% , o cümlədən ixrac 12.6% , idxal  isə 4.22% azalıb.

Beləliklə, cari ilin yanvar-avqust ayları ərzində xarici ticarət dövriyyəsində 1 922 mln. dollar həcmində müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 dəfə çoxdur.

©BBN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294