BÜDCƏ

SOCAR büdcə ödənişlərini 15% artırıb
11 SENTYABR
134

SOCAR büdcə ödənişlərini 15% artırıb

2017-09-11 11:31:00

Bu ilin avqust ayında SOCAR tərəfindən dövlət büdcəsinə 133 mln. 782 min manat vəsait ödənilib ki, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 mln. 321 min manat və ya 14,9% çoxdur.


SOCAR-dan verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında büdcəyə 1 mlrd. 48 mln. 348 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 mln. 946 min manat və ya 15,8% çoxdur.

Bundan əlavə, bu ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 12 mln. 575 min manat vəsait köçürülüb. Bu ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 99 mln. 826 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 mln. 479 min manat və ya 5,8% çoxdur.

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285