BÜDCƏ

Azərbaycanın Ukraynadan aldığı şəkərin həcmi açıqlanıb
08 SENTYABR
183

Azərbaycanın Ukraynadan aldığı şəkərin həcmi açıqlanıb

2017-09-08 15:34:00

Ukrayna marketinq ilinin (sentyabr-iyul) son ayı ərzində xarici bazarlara 18,3 min ton şəkər tədarük edib. 

Fins.az-ın məlumatına görə, əsas tədarüklər Azərbaycan (7,8 min ton), Türkiyə (5,2 min ton), Gürcüstan (2,5 min ton) və Moldovaya (1,4 min ton) həyata keçirilib. 

"Bütövlükdə, 2016/2017-ci marketinq ili ərzində yerli şəkər istehsalçıları 769,3 min ton (6,8 dəfə çox) şəkər ixrac ediblər. Bu, müstəqillik illəri ərzində rekord göstərici hesab edilir. Belə ki, ötən il ölkədə 112,96 min ton şəkər istehsalı qeydə alınıb",- "Ukrtsukor" assosiasiyasının analitik şöbəsinin rəhbəri Ruslana Butılo bildirib. 

2017/2018-ci marketinq ilində Ukraynada 46 şəkər zavodu işləyəcək. Bu, ötənilki mövsümdən 4 dəfə çoxdur. Ukrayna il ərzində ixrac həcmini 33 dəfə artırıb. 2016-cı ildə məhsulun keyfiyyətinin yaxşılaşdırılması 1 ha sahədən 6,9 ton şəkər götürməyə imkan verib. Bu, 2010-cu ilin göstəricisindən 3 dəfə çoxdur.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294