BÜDCƏ

"Neft pullarının 75%-ni xərcləyib, 25%-ni saxlamışıq"
07 SENTYABR
483

"Neft pullarının 75%-ni xərcləyib, 25%-ni saxlamışıq"

2017-09-07 16:49:00

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradılandan daxil olan vəsaitin təxminən 75%-i infrastruktur layihələrinə yönəldilib.

Bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib. Fins.az APA-ya istinadən xəbər verir ki, Şahmar Mövsümov xatıladıb ki, ARDNF 1999-cu ildə yaradılıb və Fondun əsas gəlir mənbəyi hökumətin payına düşən neft-qaz satışından daxil olan gəlirlərdir: “Fond yaradılandan bura 130 mlrd. ABŞ dollarından çox vəsait daxil olub ki, onun da təxminən 75%-i infrastruktur, inkişaf layihələrinə yönəldilib, 25%-i isə saxlanılıb. Hazırda Fondun 35 mlrd. dollar aktivi var. Qanuna görə, ARDNF ölkə daxilində investisiya yatırmaq hüququna malik deyil. Bizim bütün investisiyalar beynəlxalqdır, qlobaldır, investisiya portfeli kifayət qədər şaxələndirilib, dünya üzrə müxtəlif aktivlərdə yatırılıb”. 

Ş. Mövsümovun fikrincə, qısa müddət ərzində kifayət qədər böyük həcmdə vəsaitin daxil olması iqtisadiyyatın tarazlığını pozur, milli valyutanı kəskin bahalaşdırır, özəl sektorun rəqabət qabiliyyətini zəiflədir:

"Bütün bunlar neft fondlarının yaradılmasının zəruriliyini bir daha ortaya qoyur. Təbii ki, fondların yaradılması əvəzinə pulların paylanılması variantı da seçilə bilər, lakin bunun sonu yaxşı olmur. Bunu bir neçə ölkənin misalında da göstərə bilərik. Lakin Azərbaycan və Qazaxıstanda istifadə olunan nümunə onu göstərir ki, neft fondlarının yaradılması düzgün, uzaqgörən, ölçülmüş addımdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294