BÜDCƏ

Bu il 78 min manata yaxın ödənişlərin işçilərə ödənilməsi təmin edilib
05 SENTYABR
207

Bu il 78 min manata yaxın ödənişlərin işçilərə ödənilməsi təmin edilib

2017-09-05 17:02:00

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 8 ayında vətəndaş müraciətlərinin araşdırılması və əmək hüquqlarının pozulması halları ilə bağlı tədbirləri davam etdirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-avqust aylarında işəgötürənlər tərəfindən gecikdirilən sosial xarakterli ödənişlərdən ibarət 77 min 115 manat vəsaitin işçilərə ödənilməsi təmin edilib. 

Həmin vəsaitin 71 min 358 manatı gecikdirilmiş əmək haqlarından, 3 min 701 manatı işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.

Hesabat dövründə müraciətlərin araşdırılması zamanı 6 nəfərin işdən qeyri-qanuni şəkildə azad edildiyi də müəyyənləşib və görülən tədbirlər nəticəsində onlar yenidən əvvəlki işlərinə bərpa ediliblər.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinə əməl olunması, işçilərin əmək hüquqlarının təminatı, o cümlədən əmək haqları və sosial xarakterli digər ödənişlərin qanunvericilikdə nəzərə tutulmuş qaydada vaxtında onlara çatdırılması və s. ilə bağlı işəgötürənlərə ətraflı şəkildə məlumatlar da verilib. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287