BÜDCƏ

Prezident: “Azərbaycanda xərclərə dövlət nəzarəti ilə bərabər ictimai nəzarətə də böyük diqqət yetirilir” – YENİLƏNİB
05 SENTYABR
215

Prezident: “Azərbaycanda xərclərə dövlət nəzarəti ilə bərabər ictimai nəzarətə də böyük diqqət yetirilir” – YENİLƏNİB

2017-09-05 14:09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçılarını qəbul edib.

Fins.az-ın xəbərinə görə, dövlət başçısı MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında maliyyə nəzarəti sahəsində təcrübə mübadiləsinin zəruriliyinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ölkələr keçid və islahatlar dövründə demək olar, eyni problemlərlə üzləşiblər. İki ölkə qarşısında maliyyə nəzarəti sahəsində duran problemlərin həlli baxımından sessiyada aparılacaq müzakirələr önəmlidir və əlbəttə ki, dövlət nəzarəti mexanizminin daha da təkmilləşdirilməsi sıx koordinasiya tələb edir. Eyni zamanda, bu tədbir qonaqların Azərbaycanda maliyyə nəzarəti sahəsində son illər həyata keçirilən işlərlə yaxından tanış olması üçün yaxşı imkan yaradır.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda xərclərə dövlət nəzarəti ilə bərabər ictimai nəzarətə də böyük diqqət yetirilir. Son illər dünyada baş vermiş iqtisadi və maliyyə böhranına toxunan Prezident İlham Əliyev bildirib ki, bütün bu proseslər dövlət xərclərinin daha da optimallaşdırılmasını zəruri edir. Bu baxımdan ölkələrimizin maliyyə nəzarəti orqanlarının üzərinə daha çox məsuliyyət düşür.

Prezident İlham Əliyev tədbirdə müzakirələrin və təcrübə mübadiləsinin konstruktiv və səmərəli şəkildə keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova Bakının gözəl şəhər olduğunu, ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib. O, Azərbaycanda göstərilən qonaqpərvərliyə və tədbirin təşkilinə görə minnətdarlığını bildirərək qeyd edib ki, sessiyada müzakirə olunan məsələlər kifayət qədər önəm daşıyır və əsas məsələ səmərəliliyin yüksəldilməsidir. Bu baxımdan ölkələrimiz arasında əməkdaşlıq mühüm rol oynayır. Tatyana Qolikova ölkələrimizin maliyyə nəzarəti orqanları arasında əməkdaşlığın və qarşılıqlı fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb.

©Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295