BÜDCƏ

Daha bir Sənaye Məhəlləsi fəaliyyətə başlayacaq
28 AVQUST
212

Daha bir Sənaye Məhəlləsi fəaliyyətə başlayacaq

2017-08-28 10:07:00

Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinin 2018-ci ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tikinti işlərinin qrafikə uyğun və fasiləsiz aparılması məqsədilə Masallı Sənaye Məhəlləsində su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, mal-materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana tikilib, lazımı şərait yaradılıb.

Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinə 200 nəfərə yaxın işçinin cəlb olunması nəzərdə tutulur ki, bunların əksəriyyəti yerli sakinlər olacaq. 1-ci mərhələdə Masallı Sənaye Məhəlləsində ümumi sahəsi 7006 m2 olan 3 istehsalat korpusu, sahəsi 1251 m2 olan 2 mərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, məhəllənin bütün ərazisində zəruri infrastruktur (elektrik, qaz, su və rabitə) yaradılacaq.

Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq sahibkarlar tərəfindən ümumi dəyə- ri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285