BÜDCƏ

Ev satılarkən vergilər belə hesablanır
25 AVQUST
781

Ev satılarkən vergilər belə hesablanır

2017-08-25 11:30:00

Ev fiziki şəxsin adınadırsa, lakin orada qeydiyyatda olmadığı halda, evi satarkən nə qədər vergi ödəməlidir?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat, habelə mənzil Bakı şəhəri, onun qəsəbə və kəndlərində yerləşdikdə, Nazirlər Kabineti tərəfindən müəyyən olunan zonalar üzrə əmsalların tətbiqi yolu ilə alğı-satqı müqavilələrini təsdiqləyən notarius tərəfindən hesablanır və ödəmə mənbəyində vergiyə cəlb olunur.

Zona əmsalları isə Bakı şəhərində konkret küçələrin kəsişməsi nəticəsində formalaşan zonalar üzrə müəyyən edilir.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294