BÜDCƏ

Vergilər Nazirliyi qərarda dəyişiklik edib
24 AVQUST
281

Vergilər Nazirliyi qərarda dəyişiklik edib

2017-08-24 15:10:00

Vergilər Nazirliyi “Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bununla bağlı sənədi vergilər naziri Fazil Məmmədov imzalayıb.

Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) elektron qaydada vergi uçotuna alınmasını və bu barədə arayışın verilməsini əhatə edir.

Dəyişikliyə əsasən, elektron xidmətin göstərilməsi zamanı vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatda olması və əvvəlki tam 12 təqvim ayı ərzində ƏDV-yə cəlb edilən dövriyyənin Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə 100 min manatdan az olmasına onlayn qaydada nəzarət ediləcək.

Qeyd edək ki, indiyədək bu məbləğ 60 min manat idi.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287