BÜDCƏ

SOCAR büdcəyə 16 faiz daha çox köçürüb
08 AVQUST
267

SOCAR büdcəyə 16 faiz daha çox köçürüb

2017-08-08 10:31:00

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin iyul ayında dövlət büdcəsinə 128 mln. 954 min manat vəsait ödənilib.

SOCAR-dan Fins.az-a verilən məlumata görə, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 mln. 755 min manat və ya 1,4% çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında büdcəyə 914 mln. 566 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 mln. 625 min manat və ya 15,9% çoxdur.

Bundan əlavə, 2017-ci ilin iyul ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 mln. 959 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 875 min manat və ya 7,2%.

Cari ilin yanvar-iyul aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 87 mln. 251 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 5 mln. 635 min manat və ya 6,9% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295