BÜDCƏ

1 milyon manat kapital, 62 ştat vahidi - HÖKUMƏTDƏN QƏRAR
07 AVQUST
543

1 milyon manat kapital, 62 ştat vahidi - HÖKUMƏTDƏN QƏRAR

2017-08-07 14:52:00

“Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin nizamnamə kapitalı 1 mln. manat təşkil edəcək. Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Sənədə əsasən, publik hüquqi şəxsin nizamnamə fondunun formalaşdırılmasına vəsait Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan ayrılacaq. “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi”nin işçilərinin say həddi 62 ştat vahidi müəyyən edilib.

2017-ci il 2 fevral tarixində Azərbaycan prezidenti İlham Əliyev “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxs yaradılmasına dair fərman imzalayıb. 

© İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0075
  • ₽ RUB
    0.0288