BÜDCƏ

Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi – AÇIQLANDI
17 İYUL
169

Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi – AÇIQLANDI

2017-07-17 10:32:00

Bu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 mlrd. 138,6 mln. manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, vəsaitin 4,344 mlrd. manatı neft sektoruna, 2 mlrd. 794,6 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 70%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 78,6%-i məhsul istehsalı obyektlərinin, 16%-i xidmət sahələri üzrə obyektlərin, 5,4%-i isə ümumi sahəsi 838,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40%-ini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,3%, bank kreditləri 11,9%, büdcə vəsaitləri 11,4%, əhalinin şəxsi vəsaitləri 4,6%, büdcədənkənar fondların vəsaitləri 1,3%, sair vəsaitlər isə 0,5% təşkil edib.                                                            

2017-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288