BÜDCƏ

Dövlət Neft Fondunun gəlirləri – AÇIQLANDI
17 İYUL
317

Dövlət Neft Fondunun gəlirləri – AÇIQLANDI

2017-07-17 10:02:00

Dövlət Neft Fondu (DNF) bildirir ki, 2017-ci ilin yanvar–iyun ayları ərzində gəlir və xərclərini açıqlayıb. Fondan Fins.az-a veilən məlumata görə, ilk 6 ayda DNF-nin büdcə gəlirləri 6 127,2 milyon manat, büdcə xərcləri isə 5 533,8 milyon manat təşkil edib. 

2017-ci ilin yanvar–iyun ayları ərzində DNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 458,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 443,1 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 9,7 milyon manat  olub.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 milyon manata bərabər olub. 

Hesabat dövrü ərzində DNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 2 991,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 milyon manat, Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 milyon manat vəsait ayrılıb. 4,7 milyon manat vəsait isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 milyon manat Mərkəzi Banka transfert edilib.

2017-ci ilin yanvar-iyun ayları ərzində DNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,2 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı DNF-nin büdcədənkənar xərci 98,4 milyon manat olub. 

2017-ci il iyulun 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 4,96% artaraq 34 790,9 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285