BÜDCƏ

"Heç kimə güzəşt olmayacaq" – PREZİDENTDƏN MƏMURLARA SƏRT MESAJ
12 İYUL
1494

"Heç kimə güzəşt olmayacaq" – PREZİDENTDƏN MƏMURLARA SƏRT MESAJ

2017-07-12 14:42:00

Prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət məmurlarının və onların ailə üzvlərinin davranış normaları ilə bağlı məsələyə toxunub.

Fins.az xəbər verir ki, Prezident xalqa xidmət,  təvazökarlıq və təkəbbürlü davranmamaq prinsiplərinin məmurların əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb və bu məsələdə heç kimə güzəştin olunmadığını, bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucov  oğlu Rüstəm Orucovun sürücünü döydüyü üçün vəzifədən azad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285