BÜDCƏ

Palata 5 milyon manatın dövlət büdcəsinə qaytarılmasını təmin etdi
11 İYUL
489

Palata 5 milyon manatın dövlət büdcəsinə qaytarılmasını təmin etdi

2017-07-11 12:30:00

 Azərbaycan Hesablama Palatasının 2017-ci il İş Planına əsasən, cari ilin yanvar-iyun ayları ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı kollegiya qərarları qəbul olunub. Fins.az-ın məlumatına görə, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işi olub.

Məlumatda deyilir ki, bu ilin İş Planına əsasən, nəticələri ilə bağlı qərar qəbul olunmuş nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı, büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə xərcləri əhatə edib. Belə ki, 2 nəzarət tədbiri ilə dövlət büdcəsindən ayrılmış xərclər və Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri, 4 tədbir ilə isə eyni zamanda fəaliyyətdən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilmiş xərclər audit olunub.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri ilə ümumilikdə 605,5 mln. manat vəsait əhatə olunub ki, bunun 402,6 mln. manatı və ya 66,5%-i dövlət büdcəsinin xərcləri, 88,3 mln. manatı və ya 14,6%-i büdcədənkənar dövlət fondlarının vəsaitləri, 114,6 mln. manatı və ya 18,9%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrədir. Nəzarət tədbirləri əhatə edilən dövlət büdcəsi vəsaitinin 0,4%-i 2014-cü ildə, 48,1%-i 2015-ci ildə və 51,5%-i 2016-cı ildə icra edilmiş xərclər üzrə olub.

Əvvəlki illərdən fərqli olaraq 2017-ci ilin birinci yarısında nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin dövlət büdcəsinin funksional bölmələri üzrə strukturu daha çox vəsaitin “İqtisadi fəaliyyət” bölməsi üzrə (24,8%) əhatə olunduğunu göstərir.

Hesabat dövründə əhatə edilmiş vəsaitin 85,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 14,9%-i isə büdcənin yerli xərcləri üzrə olub.

Nəzarət tədbirlərinin əhatə etdiyi dövlət büdcəsi vəsaitlərinin 36,2%-i mərkəzi icra hakimiyyəti orqanları və onların tabeli qurumları, 16,0%-i ali təhsil və elm müəssisələri, 47,8%-i isə digər dövlət qurumları tərəfindən icra edilib.

Hesabat dövründə nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə müvafiq zəruri addımların atılması məqsədilə 24 quruma Kollegiya Qərarının surəti, 5 quruma isə təqdimat göndərilib.

Hesablama Palatası tərəfindən əvvəlki illərdə başa çatdırılmış auditlərin və 2017-ci ilin altı ayı ərzində nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlərin nəticəsi olaraq ümumilikdə 4762,8 min manat, 13,4 min ABŞ dolları məbləğində vəsaitin dövlət büdcəsinə, 122,6 min manat məbləğində vəsaitin isə büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası təmin edilib.

Nəzarət tədbirlərinin nəticəsi olaraq 39 vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirinin tətbiq edildiyi barədə məlumatlar Hesablama Palatasına daxil olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287