BÜDCƏ

Vergilər Nazirliyinin büdcəyə köçürdüyü vəsait artdı
10 İYUL
247

Vergilər Nazirliyinin büdcəyə köçürdüyü vəsait artdı

2017-07-10 11:54:00

Vergilər Nazirliyinin dövlət büdcəsinə ödədiyi vəsaitin həcmi artıb. Nazirlikdən Fins.az-a verilən məlumata görə,  2017-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 3 milyard 352 milyon 375,58 min manat məbləğində vergi və rüsum köçürüb. Bununla Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 102,5 faiz əməl olunub.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında Nazirlik  dövlət büdcəsinə 3 milyard 190 milyon 139,33 min manat məbləğində vergi və rüsum köçürüb. Ötən ilin müvafiq dövrünə nisbətən 2017-ci ilin I yarısında köçürmələrin həcmi 5%-dən çox  artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294