BÜDCƏ

Azərbaycanın xarici valyutada ehtiyatları artıb – EKSPERT
20 İYUN
397

Azərbaycanın xarici valyutada ehtiyatları artıb – EKSPERT

2017-06-20 15:47:00
Mərkəzi Bank 2017-ci ilin 3 ayı üzrə ödəmə balansının göstəricilərini açıqlayıb. Fins.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev həmin göstəriciləri şərh edib. Onun sözlərinə görə, tədiyə balansında 2015-ci ilin 3 ayında 4.591 mlrd. dollar, 2016-cı ilin 3 ayında isə 1 270.1 mlrd. dollar defisitin ardınca bu ilin yanvar-mart aylarında 464 mln. dollar profisit yaranıb: "Yəni, ölkənin xarici valyutada ehtiyatları artıb. Cari hesablar balansının saldosu da ötən ilki 432 mln. dollar mənfi rəqəmdən bu il 380 mln. dollar müsbət göstərici ilə əvəzlənib".
Ekspert tədiyyə balansında yerli turizm xidmətlərinin az yer tutduğunu vurğulayıb:
"Ölkəyə turist axınının kəskin artdığı deyilsə də, rəqəmlərdə bu özünü göstərmir. Belə ki, ötən ilin 3 ayına nisbətən turizm xidmətlərinin ixracı 28 mln. dollar (4.3%) artaraq 669 mln. dollara çatıb. Amma əvəzində xaricdə ölkə vətəndaşlarının turist kimi xərcləmələri daha çox artıb. Belə ki, bu ilin 3 ayında turizm xidmətlərinin idxalı 617 mln. dollar olub. Bu ötən ilin göstəricisindən 87 mln. dollar (16.4%) çoxdur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296