BÜDCƏ

Vergilər Nazirliyi xarici investorların biznesə başlamaq prosedurunu asanlaşdırır
16 İYUN
386

Vergilər Nazirliyi xarici investorların biznesə başlamaq prosedurunu asanlaşdırır

2017-06-16 13:46:00

“Prezident İlham Əliyev Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, ASAN Xidmət Mərkəzinə və bir sıra dövlət orqanlarına rəqəmsal ticarət qovşağının yaradılması ilə bağlı tapşırıqlar verib”. 

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib. Onun sözlərinə görə, Vergilər Nazirliyi icraçısı olduğu məsələlərlə bağlı tədbirlər planı hazırlayıb.

“Tapşırıqlardan biri diplomatik konsulluqlar və nümayəndəliklər vasitəsilə “ASAN İmza”nın verilməsinin təmin olunması ilə bağlı idi. “ASAN İmza” üzrə Sertifikat Xidmət Mərkəzi Vergilər Nazirliyində olduğuna görə bununla bağlı bizdə işlər gedir. Digər tərəfdən gücləndirilmiş elektron imzası olan şəxslərin Azərbaycanda elektron qeydiyyatının, yəni biznesə başlamanın elektronlaşması imkanının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki, qanun layihəsinin qəbulundan sonra onun tətbiqindən danışmaq olar.

Bu, tək qanundan asılı olan bir şey deyil. Gücləndirilmiş imzaların bizim diplomatik nümayəndəliklər tərəfindən ölkədən kənarda verilməsi texniki cəhətdən təmin olunmalıdır ki, qeyri-rezident öz ölkəsindən həmin sistem üzərindən elektron qaydada daxil olaraq Azərbaycanda müəssisə yarada bilsin. Bununla bağlı qüvvədə olan qanunvericiliyə dəyişiklik olunacaq”, - deyə S. Musayeva vurğulayıb. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288