BÜDCƏ

Azərbaycan Dəmir Yolları borcunu ödəmək üçün borc ala bilər
16 İYUN
458

Azərbaycan Dəmir Yolları borcunu ödəmək üçün borc ala bilər

2017-06-16 13:43:00

Azərbaycan Dəmir Yolları (ADY) ASC maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtardığı barədə elan verib. 

Fins.az-ın verdiyi xəbərə görə, bununla bağlı elan ADY-nin rəsmi internet səhifəsində yerləşdirilib. 

Elanda qeyd olunub ki, maliyyə məsləhətçisi ADY-nin gələcək əsaslı xərclərinin maliyyələşdirilməsi imkanlarını və müəyyən mövcud öhdəliklərini yenidən maliyyələşdirmək mümkünlüyünü araşdırmalıdır. 

ADY-nin elanında bununla bağlı əlavə məlumatların açıqlanacağı öz əksini tapıb. 

Yenidən maliyyələşmə, borc üzrə  tələb hüquqlarının başqa şirkətə ötürülməsidir.  Yəni razılıq əldə ediləcək şirkət, ADY-nin mövcud borclarını ödəmək üçün ona yeni şərtlərlə kredit ayıracaqdır.

Mənbə: APA, Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288