BÜDCƏ

Dövlət təşkilatlarının sloqanları – SİYAHI
14 İYUN
999

Dövlət təşkilatlarının sloqanları – SİYAHI

2017-06-14 17:16:00
Azərbaycan dövlət qurumlarının öz fəaliyyətləri üçün seçdiyi devizlər və sloqanlar, onların saytlarında və reklam materiallarında istifadə olunur. Fins.az sizə bu sloqan və devizləri təqdim edir.
 
Milli Məclis – Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır (Heydər Əliyev)
Daxili İşlər Nazirliyi – Polis Azərbaycan dövlətinin, xalqımızın keçiyində duran mübariz bir orqandır (Heydər Əliyev)
Ekologiya və Təbii Sərvətlər Naziriyi – İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş  tapır,
ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir
 (Heydər Əliyev)
Fövqəladə Hallar Nazirliyi – Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır (Heydər Əliyev)
Kənd Təsərrüfatı Nazirliyi – Torpaqlarımız, hava, su ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə edilməlidir (Heydər Əliyev)
Müdafiə Nazirliyi – Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır! (Heydər Əliyev)
Müdafiə Sənayesi Nazirliyi – Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik (Heydər Əliyev)
Mədəniyyət və Turizm Nazirliyi – Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz  (Heydər Əliyev)
Səhiyyə Nazirliyi – Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir (Heydər Əliyev)
Vergilər Nazirliyi – Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik (Heydər Əliyev)
Xarici işlər Nazirliyi – Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir (Heydər Əliyev)
Ədliyyə Nazirliyi – Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! (Heydər Əliyev)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – Dövlət - əhalinin təminatçısıdır (Heydər Əliyev)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – Uşaqlara qayğı hər bir vətəndaşın borcudur. (Heydər Əliyev)
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi – Dinimiz milli-mənəvi sərvətimizdir! (Heydər Əliyev)
Dövlət Gömrük Komitəsi – Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir (Heydər Əliyev)
Dövlət Statistika Komitəsi – Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır (Heydər Əliyev)
Qaçqınlar və Məcburi Koşkünlər üzrə Dövlət Komitəsi - İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir (Heydər Əliyev)
Dövlət Miqrasiya Xidməti - Azərbaycan inkişaf etdikcə buraya gəlmək istəyən əcnəbilərin sayı artacaqdır. Bu dövlətimiz üçün müsbət amil sayıla bilər. Lakin biz istənilən halda öz xalqımızın, öz vətəndaşlarımızın, öz dövlətimizin mənafeyini üstün tutmalıyıq və həyata keçirilən miqrasiya siyasətinin prioritet istiqaməti də bu olmalıdır (Heydər Əliyev)
Dövlət Sərhəd Xidməti – Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir (Heydər Əliyev)
Dövlət Təhlükəsizliyi Xidməti – Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrkar və iş üslubu olsun (Heydər Əliyev)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – Müstəqilliyin əldə olunması nə qədər
çətindirsə,onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir
 (Heydər Əliyev)
Dövlət Sosial Müdafiə Fondu – Dövlətimizin siyasəti – iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir (Heydər Əliyev)
Azərenerji – Elektrik enerjisi sahəsi Azərbaycanın sosial problemlərinin həll olunmasında xüsusi rol oynayır (Heydər Əliyev)
Azəravtoyol – Yol – iqtisdiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir! (Heydər Əliyev)
Ali Məhkəmə – Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə (Heydər Əliyev)
İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman – Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdilər vəbu hüquqlar qorunmalıdır! (Heydər Əliyev)
Dövlət Dəniz Administrasiyası – Üç dəniz əfsanəsinin bir anası var – Xəzər dənizi. Bu ananın yanında isə Azərbaycan yerləşir (Heydər Əliyev)
Milli Arxiv İdarəsi – Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif  edənlərin qarşısını almaq üçün çox mühüm amildir (Heydər Əliyev)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası – XXİ əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır ( İlham Əliyev)
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi – Biz qara qızılı insan qızılına – insan kapitalına çevirəcəyik (İlham Əliyev)
Tarif Şurası – İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! (Heydər Əliyev)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi – Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir (Heydər Əliyev)
Hesablama Palatası – Azərbaycan prezidenti olandan gördüyüm işlərin əsasını təşkil edən bu olmuşdur ki, Azərbaycan vəsaiti qorunsun və onun dağılmasına yol verilməsin (Heydər Əliyev)
Ərzaq Məhsullarının Tədarükü və Təchizatı – Bir qarış torpaq da boş qalmamalıdır! (İlham Əliyev)
Azəristiliktəchizat – “Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq (İlham Əliyev)
Elmin İnkişafı Fondu  – Elm, inkişaf, rifah və gələcək naminə! 
Bilik Fondu - Docendo discimus (Öyrədərək, öyrənirik – latın atalar sözü)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296