BÜDCƏ

Vergilər Nazirliyinin 2 departamenti ünvanını dəyişib
14 İYUN
366

Vergilər Nazirliyinin 2 departamenti ünvanını dəyişib

2017-06-14 15:57:00

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti yeni ünvanda – paytaxtında Nərimanov rayonunda, Ağa Nemətulla küçəsi 44 ünvanında fəaliyyət göstərir.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti də yeni ünvanda – paytaxtın Binəqədi rayonunda, Ziya Bünyadov prospekti, 15 ünvanında fəaliyyət göstərir. Bu departamentin qeyd olunan ünvanda, eləcə də Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 56, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 10 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 276 ünvanlarında Vergi ödəyicilərinə Xidmət Mərkəzləri mövcuddur. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287