BÜDCƏ

Aydın Əliyev: "Sınıq Körpü" təkmilləşdiriləcək"
12 İYUN
359

Aydın Əliyev: "Sınıq Körpü" təkmilləşdiriləcək"

2017-06-12 15:06:00

Gürcüstan və Azərbaycan Avropa İttifaqının dəstəyi ilə "Sınıq Körpü" gömrük keçid məntəqəsinin təkmilləşdirilməsi üzərində işləyir. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev "Sputnik Georgia" agentliyinə müsahibəsində bildirib.

A.Əliyev qeyd edib ki, Avropa İttifaqı Gürcüstan ərazisində fitosanitar, baytarlıq və digər nəzarət tədbirləri üçün nəzərdə tutulmuş laboratoriyanın yaradılmasına dəstək verəcək.
DGK sədri əlavə edib ki, Azərbaycan ərazisində isə iri logistika mərkəzinin yaradılması planlaşdırılır: "Bu tədbirlər də Avropa İttifaqının dəstəyi, lakin Azərbaycan tərəfinin maliyyə imkanları nəzərə alınmaqla həyata keçiriləcək".

Qurum rəhbərinin sözlərinə görə, layihənin icrasına cari ilin mart ayından etibarən başlanılıb və ilin sonunda başa çatdırılacaq.

Azərbaycan tərəfi layihəyə 1,3 mln. dollar yatıracaq. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285