BÜDCƏ

Neft Fondunun banklara yatırdığı vəsaitlər 2 dəfə artıb
12 İYUN
531

Neft Fondunun banklara yatırdığı vəsaitlər 2 dəfə artıb

2017-06-12 12:10:00
Dövlət Neft Fondu (ARDNF) 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatını dərc edib. Fins.az-ın məlumatına görə, Fondun bank depozitlərinə yatırımlarının həcmi  ötən il  2,1 dəfə artaraq 3,759 milyard manat olub.
Artım  Fondun 2016-cı ildə  “Azərbaycan Beynəlxalq Bankı”nda yerləşdirdiyi 1,774 milyard manatlıq depozitin hesabına olub. Bundan əlavə, ARDNF  Türkiyə banklarında yerləşdirdiyi depozitlərin həcmini artırıb. Daha dəqiq desək,  “Zıraat Bankası”dakı depozitlərin həcmi 10,6% artaraq 429 milyon manat, “Akbank” üzrə 19,7% artaraq 280 milyon manat,  “İş Bankası” üzrə 9,2% artaraq 638 milyon manat, “Garanti Bankası” üzrə 8,7% artaraq 638 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297