BÜDCƏ

Əmək haqqı, pensiya və başqaları – YAŞAYIŞ MİNİMUMU NƏYİ DƏYİŞDİ?
09 YANVAR
6520

Əmək haqqı, pensiya və başqaları – YAŞAYIŞ MİNİMUMU NƏYİ DƏYİŞDİ?

2017-01-09 09:01:00

İnsan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş dəyəri və icbari ödənişlər toplusu yaşayış minimumunu təşkil edir.

Məlum olduğu kimi 16 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il üçün yaşayış minimum təsdiq edilmişdir. Belə ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdir.

Bəs yaşayış minimumun məbləğində olan bu dəyişiklik hansı sahələrə nə kimi təsir göstərəcəkdir?

Əvvəlcə onu qeyd edək ki, yaşayış minimumun əmək haqqı üzrə vergi ödəmələrində, aztəminatlı ailələrə  ünvanlı sosial yardımların formalaşdırılması və hesablanmasında, ölkə üzrə həyat səviyyəsinin müəyyən edilməsində, aztəminatlı ailələrə dair dövlət proqramlarının işlənib hazırlanmasında, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında, əhali gəlirlərinin və əmanətlərinin  indeksləşdirilməsində rolu vardır.

 Bildiyimiz kimi 2016-cı il üçün ölkə üzrə yaşayış minimum 136 manat təşkil  edirdi. Artımla əlaqədar olaraq çox insan əmək haqqının artdığını düşünür. Lakin bu belə deyil. Belə ki, şəxsin muzdlu işlə əlaqədar olaraq əldə etdiyi əmək haqqı, fayda və gəlirdə ödəniləcək vergi ilə bağlı müəyyən dəyişiklik olacaqdır.

Vergi məcəlləsinə əsasən əmək haqqından gəlir vergisi tutulan zaman , vergi tutulacaq məbləğ ölkə üzrə yaşayış minimum qədər azaldılır.Yaşayış minimum da artığına görə vergi tutulacaq məbləğ cuzi də olsa azalmış olur və nəticədə əmək haqqında əvvəlkinə nisbətən az miqdarda dəyişiklik olmuş olur.

Məsələn: Vəzifə maaşı  355 manat olan şəxsin bu günə qədər əmək haqqından vergi 30,66 manat təşkil edirdi.   355-136=219   219*14%=30,66  

Yeni qaydalara əsasən isə əmək haqqından vergi tutulan məbləğ 26 manat olacaqdır.              355-155=200     200*14%=28   Göründüyü kimi  yaşayış minimumun artırılması əmək haqqıda 2,66 manat fərq artımla öz əksini tapacaqdır. (30,66 – 28)

Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. Azərbaycan Respublikasında minimum əmək haqqı və pensiyaların baza hissəsi, ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilir. Ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.Göründüyü kimi yaşayış minimumu digər normativlərlə zəncirvari bağlıdır və dəyişiklərlə bağlı artım digər aslı olan göstəricilərdə də özünü biruzə verəcəkdir. Həmçinin, aztəminatlı ailələr üçün ünvanlı sosial  yardım hesablanması zamanı ailə üzvlərinin hər biri üçün nəzərdə tutulmuş ehtiyac meyarı və faktiki gəlirlər arasında fərq nəzərə alınır. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. 2016-cı ildə isə bu məbləğ 105 manat həcmində müəyyən olmuşdur.

Nəticə olaraq onu demək olar ki, yaşayış minimumunda dəyişiklə əlaqədar olaraq ehtiyac meyarında da artım  olmuşdur, həmçinin zəncirvari olaraq müavinat və pensiyalarda da artım gözləniləndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8045
  • € EUR
    1.9201
  • ₽ RUB
    0.0302