BÜDCƏ

Yeni yaradılan üç departamentə rəhbər təyin olunub – YENİLƏNİB
05 YANVAR
1565

Yeni yaradılan üç departamentə rəhbər təyin olunub – YENİLƏNİB

2017-01-05 14:37:00

Vergilər naziri Fazil Məmmədovun əmri ilə yeni yaradılan Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamentinə rəhbərlər təyin olunub.

Nazirlikdən verilən məlumata görə, Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib.

Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsi Ağasəməd Əfəndiyevə həvalə olunub.

Sərxan Məmmədov isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru olub.

xxx

Vergilər Nazirliyində bir sıra struktur islahatları aparılıb. Fins.az xəbər verir ki, Nazirliyin tərkibində 7 departament yaradılıb.

Məlumata görə, Nazirliyin tərkibində olan 6 baş idarə eyni adlı departamentə çevrilib və əlavə olaraq bir yeni departament yaradılıb.

Yaradılan departamentlər Vergi siyasəti və strateji araşdırmalar Departamenti, Daxili təhlükəsizlik Departamenti, Vergi risklərinin təhlili və nəzarəti Departamenti, Hüquq Departamenti, Ərazi vergi orqanları ilə iş üzrə Departament, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamenti və yeni yaradılan Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286