BÜDCƏ

Kassa qəbzləri xərc sənədi sayılmayacaq – YENİ QAYDA
05 YANVAR
1378

Kassa qəbzləri xərc sənədi sayılmayacaq – YENİ QAYDA

2017-01-05 11:00:00

Vergilər məcəlləsinə olan son dəyişikliklərə əsasən, kassa qəbzləri xərc sənədi sayılmayacaq. Fins.az xəbər verir ki,  bu Vergilər Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.  

"109.8. Nəzarət-kassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.";

Qeyd edək ki, hazırda hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablaşma zamanı nağd pul vəsaitlərindən istifadə edərək ödəniş müqabilində mədaxil qəbzi və kassa çeki əldə edirlər. Bu sənədlər eyni zamanda sahibkarlıq subyektlərinin xərc sənədləri hesab edilir. 2016-cı ildə alınmış lakin dəyəri ödənilməyən, həmçinin 2017-ci ildən alınacaq malların dəyəri ödənilərkən satıcının təqdim etdiyi nəzarət-kassa aparatının çeki və ya qəbz xərc sənədi hesab edilməyəcək. Odur ki, 2017-ci ildən alınmış malların dərəri nağd ödənildiyi halda bu xərclər mənfəət hesablanarkən nəzərə alınmayacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300