BÜDCƏ

Bu, konkret şəxslərin maraqlarına toxunan məsələdir – MÜSAHİBƏ, VİDEO
29 DEKABR 2016
2139

Bu, konkret şəxslərin maraqlarına toxunan məsələdir – MÜSAHİBƏ, VİDEO

2016-12-29 16:54:00

Nağdsız hesablaşmalar üzrə malların pərakəndə satışı və ictimai iaşə fəaliyyəti üzrə sahibkarlar ay ərzində 30 min manatlıq nağd hesablaşmalar apara bilərlər. Bu isə iri marketlərin 1 neçə saatlıq dövriyyəsidir. Belə çıxır ki, bu limit bitəndən sonra əhaliyə nağd pulla mal satmayacaqlar? Fins.az-ın suallarını vergilər nazirinin müavini Sahib Ələkbərov və Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş idarəsinin rəisi Samirə Musayeva cavab verdi. 

Sahib Ələkbərov:

- Bəli, bu məsələlər olduqca ciddi məsələlərdir, həm də konkret şəxslərin maraqlarına toxunan məsələlərdir. Amma qanun hamı üçün qanundur. Qanuna hamı əməl etməyə borcludur. Düzdür, bəzən elə olur ki, sahibkarlar müəyyən məsələləri həll edə bilmirlər. Müəyyən problemləri olur. Amma bu cür sahibkarlara güzəştlər də tətbiq edilir. Belə sahibkarlara müəyyən vaxt verilir. Azərbaycan reallığı bundan ibarətdir ki, bu gün ödənişlərin nağdsız qaydada aparılması üçün hər cür şərait yaradılıb və kifayət qədər  post-terminallar var. 75 mindən çox post terminal işlək vəziyyətdə xidmət göstərir. Düzdür, banklarda baş verən məlum hadisələrdən sonra onların sayında müəyyən qədər azalma var. Amma bu, 75 min postterminal tamamilə kifayət edir. Əgər, yeni post-terminal quraşdırmağa ehtiyac yaranarsa, biz bunu da edə bilərik. İnsanların əlində 5 milyondan çox kart var. Amma sadəcə olaraq kartla alış-veriş etmək vərdişi yoxdur. Biz kartla ödənişlərə keçməliyik. Bu sistem dünyanın əksər ölkələrində tətbiq olunub. Sadəcə, bəziləri vegidən yayınmaq istəyir.

Spirtli içkilərin nağd qaydada pərakəndə satışı qaydaları necə olacaq? 2017-ci ildə mal qalığı kimi mövcud olan sənədləşməmiş alkoqollu içkilərin və tütün məhsullarını aqibəti necə olacaq?

Samirə Musayeva:

- Spirtli içkilərin satışı ilə bağlı məsələlər bildiyiniz kimi, aksiz malların dövriyyəsi üzrə cənab prezidentin təsdiq etdiyi fərmanla tənzimlənirdi. Amma hazırda həmin qaydalara dəyişiklik tətbiq olunub. Pərakəndə satış zamanı vətəndaşlar spirtli içkiləri nağd qaydada ala biləcəklər. Amma sahibkarlar alkaqollu içkilərin alışını mütləqdir ki, nağdsiz ödəniş etməklə həyata keçirsinlər. Bununla əlaqədər olaraq həm cinayət, həm də qanunvericilik məcəlləsinə dəyişiklik edilib. Və qaydaların pozulması cinayət və inzibati xəta hesab olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8559
  • € EUR
    1.9957
  • ₽ RUB
    0.0312