BÜDCƏ

Online alış-veriş edənlərə ƏDV ilə bağlı - ŞAD XƏBƏR
29 DEKABR 2016
3588

Online alış-veriş edənlərə ƏDV ilə bağlı - ŞAD XƏBƏR

2016-12-29 12:43:00

Yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar elektron ticarət aparılan zaman 18% ƏDV tətbiq olunacaq.

Lakin qəbul olunan yeni qaydalara əsasən “Amazon” və “Ebay” kimi saytlardan edəcəyiniz alış-verişlərə aid deyil.

Fins.az xəbər verir ki, bununla bağlı "Camex" yerli karqo şirkətindən müştərilərinə ünvanladığı SMS müraciətində bildirilir.

Xatırladaq  ki, biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafovun sözlərinə görə, elektron ticarətdə 18% ƏDV-nin tətbiqi yerli istehsalçıların əcnəbilər qarşısında haqsız rəqabətinin qarşısını almış olacaq:

“Yerli sahibkarlar elektron ticarət vasitəsilə öz məhsul və xidmətlərini satarkən həm ƏDV, həm də idxalat və gəlir vergisi ödəməli olurlar. Amma beynəlxalq platformalar isə bunların heç birini ödəmir və nəticədə haqsız bir rəqabət yaranır”.

Mütəxəssis deyib ki, həmçinin beynəlxalq platformalar reklam üzərindən də xeyli miqdarda gəlir əldə edirlər:

“Beynəlxalq platforların bir çoxu “Facebook”, “You tube”, “Google” və s. kanalları vasitəsilə reklam yerləşdirirlər ki, bundan əldə edilən qazancın isə vergisini ödəmirlər”.

N.Manafov deyir ki, bununla belə bu qərar bu kimi halların qarşısını ala bilməyəcək:

“Düşünürəm, bu qərar bu kimi halların qarşısını ala bilməyəcək. Çünki xaricdə yaşayan azərbaycanlıların sayı kifayət qədərdir. Onlar çox rahatlıqla dost-tanışlarının pulunu onların kartlarına yatıracaqlar. Onlar isə bunu ATM-də nağdlaşdıracaqlar.

Yenidən isə o vəsaiti aid olduqları ölkənin (Rusiya, İngiltərə və s.) kartına yatıracaqlar. Beləliklə, onların dost-tanışları internetdən alış-veriş edəcəklər. Yaxud da vəsaiti dost-tanışlarının adına virtual kartlara yatıracaqlar”.

O, həmçinin əlavə edib ki, Azərbaycana bir çox məhsullar xaricdən idxal oldunduğundan burada hər hansı rəqabətdən danışmaq da düzgün deyil.

Mütəxəssis qeyd edib ki, bu qərar, xüsusən alıcıların istehlak səbətinə ciddi ziyan vuracaq:

“Onlar ciblərinə uyğun qiymətə istədikləri texnologiya, geyim və s. ala bilməyəcəklər. Məcbur olacaqlar ki, 18%-dən əlavə ƏDV ödəsinlər. Çünki yerli bazarda internetdə satılan məhsulların bir qismi yoxdur”.

Qərarın tam mətni ilə burada tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8559
  • € EUR
    1.9957
  • ₽ RUB
    0.0312