BÜDCƏ

Beş min səhifəlik sənədin icrasını indikator qiymətləndirəcək
16 DEKABR 2016
487

Beş min səhifəlik sənədin icrasını indikator qiymətləndirəcək

2016-12-16 10:00:00

Ümumilikdə 5 min səhifədən ibarət olan yol xəritəsinin hazırlanmasına yerli mütəxəssislərlə yanaşı xarici ekspertlər də cəlb olunub. Fins.az xəbər verir ki, ölkə prezidentinin təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə əvvəlki dövlət lahiyələrindən fərqli olaraq hər bir fəaliyyət beynəlxalq keyfiyyətə uyğun ölçülməsi  və nəticələrin qiymətləndirilməsi ilə bağlı indikatorlar müəyyənləşdirilib. Bu isə imkan verir ki, yol xəritəsinin fəaliyyəti və keçiriləcək işlərin yoxlanılması mümkün olsun.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə bir açıqlama verib.

Onun sözlərinə görə, proqramın həyata keçirilməsi ilə bağlı investisiya imkanları və mənbələri araşdırılır: “Eyni zamanda bütün bunlarla yanaşı 12  sektorun hər birində risklər müəyyənləşdirilib”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272