BÜDCƏ

Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı – YENİ QAYDALAR
14 DEKABR 2016
834

Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı – YENİ QAYDALAR

2016-12-14 15:31:00

Elektron qaydada təşkil olunan lotereyalar, digər yarışlar və müsabiqələrdən əldə edilən gəlirlər vergiyə cəlb olunacaq. Fins.az xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov parlamentdəki çıxışında deyib.

Bildirib ki,   Vergi Məcəlləsinə rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəaların əlavə edilməsi nəzərdə tutulur. Burada elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə, elektron qaydada keçirilən oyunlara görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsi ilə bağlı müddəa da daxil edilib. 

“Həmin müddəalara əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir”. 

Bununla elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olunacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268