BÜDCƏ

ƏDV ticarət əlavəsindən tutula bilər-NAZİRDƏN AÇIQLAMA
14 DEKABR 2016
885

ƏDV ticarət əlavəsindən tutula bilər-NAZİRDƏN AÇIQLAMA

2016-12-14 13:10:00

Kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq. Fins.az xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov məlumat verib. Bildirib ki,  bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.

Nazirin sözlərinə görə, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən, yəni malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən tutulacaq:

“Bilirsiniz ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1996-cı ildən torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunub. Həmin məhsullar ticarət şəbəkələrində pərakəndə qaydada satılarkən digər məhsullarda olduğu kimi bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi. Qüvvədə olan qanunverciliyə uyğun olaraq ƏDV tutulan əməliyyatların dəyəri vergi ödəyicilərinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı və yaxud almağa hüququ olduğu haqda ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir".

F.Məmmədov yeni dəyişikliklərin pərakəndə satış qiymətlərinə təsir edəcəyini deyib: "Vergi Məcəlləsində ƏDV-nin tutulan əməliyyatların dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV hesablamalı olurdular. Bu da pərakəndə satışda bahalaşmaya səbəb olurdu. Qeyd olunanları nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədi ilə pərakəndə ticarətlə məşul olan sahibkarlardan ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı zamanı həmin məhsullardan ƏDV satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən tutulacaq”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256