BÜDCƏ

Vergilər Nazirliyində kuratorlar dəyişib
02 DEKABR
318

Vergilər Nazirliyində kuratorlar dəyişib

2016-12-02 11:29:00

Vergilər Nazirliyinin struktur vahidi və bölmələrinə nəzarətdə (kuratorluq) bəzi dəyişikliklər baş verib. Nazirliyin analitik-informasiya şöbəsi nazir müavini Sahib Ələkbərovun kuratorluğundan çıxarılaraq vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri Riyad Hüseynovun kuratorluğuna verilib.

Həmçinin, Nazirliyin Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsi nazir müavini İlkin Vəliyevdən alınaraq Sahib Ələkbərovun kuratorluğuna verilib.

Hazırda İ.Vəliyev Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsi ilə Vergi auditi və operativ nəzarət İdarəsinə, Sahib Ələkbərov isə Nazirliyin Aparatı və Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinə kuratorluq edir.

Eləcə də bax: Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub

Mənbə: Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274